Rusiyanın hakimiyyət orqanları Ukraynanın Krım yarımadasında hərbi xidmət keçməli olanları səfərbər etməyə başlayır.
Bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov danışıb.
“İşğal olunmuş Krımdan xəbərlər: sentyabrın 19-dan Krımı tərk etmək yalnız hərbi komissarlığın yazılı icazəsi ilə mümkün olacaq. Rusiyanın Krımdakı işğalçı hakimiyyət orqanları əhalinin yarımada ərazisindən çıxışını nəzarətə götürüb. Yəni Krımı bağlayırlar, qaçmaq mümkün olmayacaq”, – O.Jdanov vurğulayıb. /Axar.az