Paşinyan hər kəsi təəccübləndirdi: “Minaları ona görə basdırmışıq ki…”
Paşinyan hər kəsi təəccübləndirdi: “Minaları ona görə basdırmışıq ki…”
Sentyabrın 13-də KTMT-yə sədrlik edən Ermənistanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının videokonfrans vasitəsilə növbədənkənar sessiyası keçirilib. İclasda Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın baş naziri Koxir Rəsulzoda, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iştirak ediblər. Nikol Paşinyan dövlət başçılarına sentyabrın 13-də gecə yarısından başlayaraq ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmaların baş verdiyi Ermənistan-Azərbaycan sərhədində vəziyyət barədə məlumat verib.
Tacxeber.az xəbər verir ki, KTMT Katibliyindəki mənbələrdən haqqin.az-a verilən məlumata görə, Nikol Paşinyan həmkarlarının suallarını cavablandırarkən bir sıra gözlənilməz etiraflar edib.
Ermənistan tərəfindən bütün Ermənistan-Azərbaycan sərhədinin minalanmasının, eləcə də Azərbaycanla sərhəddə hərbi infrastrukturun yaradılmasının yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyini səsləndirən dövlət başçılarından birinin sualına Paşinyan deyib ki, Ermənistan sərhədlərinin mühafizəsini gücləndirmək üçün bu tədbirləri görüb. Beləliklə, Paşinyan ilk dəfə olaraq delimitləşdirilməmiş sərhədin qeyri-qanuni minalanması və Qarabağın bu yaxınlarda işğaldan azad edilmiş rayonları yaxınlığında iri hərbi bazaların tikilməsi faktlarını təsdiqləyib.
Bundan əlavə, dövlət başçılarını son döyüş əməliyyatlarının təfərrüatları ilə tnaış edən Ermənistanın baş naziri Azərbaycan ordusunun bölmələri ilə döyüşlərdə həlak olanların həqiqi sayını açıqlayıb. Paşinyan sentyabrın 13-də 150-dən çox erməni hərbçisinin həlak olduğunu bildirib. Baxmayaraq ki, bundan əvvəl Ermənistan parlamentində çıxışı zamanı o, 49 nəfərin öldüyünü açıqlamışdı.