• 04 Oktyabr 2024 21:12

“Tərtər işi”nə görə həbs olunan general-mayorla bağlı məhkəmədən QƏRAR

“Tərtər işi”nə görə həbs olunan general-mayorla bağlı məhkəmədən QƏRAR

“Tərtər işi”nə görə həbs olunan general-mayorla bağlı məhkəmədən QƏRAR

“Tərtər işi” ilə bağlı həbs olunan general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Tacxeber.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə qüvvədə olan qərarın dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qənaətinə gəlib.

Qərara əsasən, şikayət rədd olunaraq, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxlanılıb.

Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Tacxeber.az

Oxşar xəbərlər