Ayaqlar altında SƏRVƏT – Keçibuynuzu bitkisinin 10 FAYDASI
Ayaqlar altında SƏRVƏT – Keçibuynuzu bitkisinin 10 FAYDASI
Keçibuynuzu unikal bitkidir. Təəssüf ki, bu faydalı müalicəvi bitki bizdə az tanınır və istifadə olunur.
Payızda keçibuynuzu “meyvəsi” yerə tökülür və onu küçələrdə hər yerdə görmək olar. Bitkini yığın, qurudun və daha sonra effektli təbii müalicəvi vasitə kimi istifadə edin.
Keşibuynuzunun faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz.
1. Dəmirlə zəngin olan keçibuynuzu qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı kömək edir. Bu məqsədlə keçibuynuzu siropu və ya doşabı istifadə oluna bilər.
2. Tərkibində olan maqnezium və kalium minerallarına görə keçibuynuzu ürək-damar sistemi üçün çox faydalıdır – arterial təzyiqi normallaşdırır, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.
3. Keçibuynuzu sidikqovucu təsirə malikdir – orqanizmdən ziyanlı maddələri və artıq mayeni xaric edir, ödemlərin qarşısını alır.
4. Keçibuynuzu həzm sisteminin fəaliyyətinə çox müsbət təsir edir – ishal zamanı kömək edir, həzm proseslərini yaxşılaşdırır, kop və qıcqırmanı yox edir.
5. Boğaz iltihabı zamanı keçibuynuzu bitkisi ilə qarqara çox effektlidir. Bitki qurudulur, üyüdülür, 1 ç.q. olmaqla 1 stəkan isti suda 30-40 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
6. Keçibuynuzu siropu və doşabı nevroloji simptomları azaldır, yuxunu tənzimləyir.
7. Keçibuynuzu öskürək və bronxit zamanı olduqca effektlidir. Bu məqsədlə keçibuynuzu siropu və ya doşabı istifadə olunur. 1 ç.q. sirop və ya doşab 1 stəkan ilıq suda həll olunur və gündə 3 dəfə içilir.
8. Keçibuynuzu qurqovucu təsirə malikdir.
9. Bitki immun sistemini möhkəmləndirir, soyuqdəymə xəstəliklərinin qarşısını alır.
10. Keçibuynuz bitkisi kalsiumla zəngindir və bu səbəbdən sümük və oynaqlarımız üçün olduqca faydalıdır.
Tacxeber.az