• 24 Aprel 2024 10:12

Rusiyanın 54 mindən çox hərbçisi məhv edilib

Rusiyanın 54 mindən çox hərbçisi məhv edilib

Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin daha 200 hərbçisini məhv edib. 

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 050-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 199 tank, 4 690 zirehli döyüş maşını, 1 302 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 216 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 550 avtomobil texnikası və avtosistern, 121 xüsusi texnikadan ibarətdir.

Tacxeber.az

Oxşar xəbərlər