Ukraynada daha iki böyük vəzifəli vətən xaini öldürüldü – Ər-arvad
Berdyanskın işğal administrasiyasının qondarma “rəhbər müavini” Oleq Boyko sentyabrın 16-da şəhərdə “referendum”un keçirilməsi üçün seçki komissiyasına rəhbərlik edən həyat yoldaşı ilə birlikdə öldürülüb.
Tacxeber.az xəbər verir ki, bu barədə “İnterfaks” Berdyanskın işğal administrasiyasına istinadən məlumat yayıb.
“Berdyansk şəhərinin hərbi-mülki administrasiyası sədrinin mənzil-kommunal təsərrüfat üzrə müavini Oleq Boyko və onun həyat yoldaşı, referendum üzrə şəhər ərazi seçki komissiyasına rəhbərlik edən Lüdmila Boyko öz qarajının yaxınlığında öldürülüb”, – bildirilib.
Düşmənlə məkdaşlıq edən vətən xaini Vladimir Roqov hadisənin Koloniya mikrorayonunda baş verdiyini iddia edir. İşğalçılar qətlin təfərrüatlarını dəqiqləşdirməyiblər.
Qeyd edək ki, 2020-ci ildə Oleq Boyko Həyat Uğrunda Müxalifət Platformasından (OPZJ) Berdyansk merliyinə namizəd olub.
Xatırladaq ki, işğal altında olan Berdyanskda avqustun 26-da şəhərin “yol polisinin rəis müavini” adlandırılan Aleksandr Kolesnikov qəlpə yaralarından ölüb.
Sentyabrda Zaporojye vilayəti yaxınlığında işğal olunmuş şəhərin mərkəzində avtomobili partladılmış Berdyanskın qondarma “komendantı” Artyom Bardin ayaqlarını itirib.
Bu gün həmçinin işğal olunmuş Luqanskda qondarma “LPR”in baş prokuroru Sergey Qorenkonun ofisində partlayış baş verib, o və müavini ölüb.