ÜST koronavirusun yeni ştamlarının yaranmasını istisna etmir
ÜST koronavirusun yeni ştamlarının yaranmasını istisna etmir
Dünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır.
Tacxeber.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan bunu Cenevrədə bəyan edib. Rayan ÜST-nin tvitter şəbəkəsi vasitəsilə translyasiya edilən ənənəvi sual-cavab seansında çıxış edib.
Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşmasına diqqəti cəlb edib və eyni zamanda qeyd edib ki, Planetimizin əhalisinin xeyli hissəsi hələ vaksinasiya edilməyib.
O deyib: “Bu virusun təkamülünün necə davam edəcəyini bilmirik”.
O daha sonra əlavə edib ki, testlərin və genom tədqiqatlarının azalması səbəbindən yeni variantı tez aşkar etmək və ona xarakteristika vermək imkanı itirilib. Rayan fikrini dəqiqləşdirərək söyləyib: “Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni varıantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər.
Sentyabrın 15-nə olan məlumata görə, koronavirus pandemiyası başlanandan bəri ÜST-yə 607.745.726 yoluxma və 6.498.747 ölüm faktı barədə informasiya daxil olub.