• 14 İyul 2024 04:41

“Guya, şəhid qardaşı öz təşəbbüsü ilə üzr istəyə bilməzdi?!” – Mirşahin Ağayevdən SƏRT TƏNQİD

“Guya, şəhid qardaşı öz təşəbbüsü ilə üzr istəyə bilməzdi?!” – Mirşahin Ağayevdən SƏRT TƏNQİD
“Guya, şəhid qardaşı öz təşəbbüsü ilə üzr istəyə bilməzdi?!” - Mirşahin Ağayevdən SƏRT TƏNQİD

 

Tacxeber.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, Qubad İbadoğlu, Əli Kərimli, Sevinc Osmanqızı və başqa bu tipli “yaramazların” üzərinə getmək, əyyaş pasifizmi, psevdoinsansevərlik kimi ziyanlı, vətəndaşı vətənə qarşı qoymağa hesablanmış meyillərlə mübarizə aparmaq əvəzinə “Filankəsin üzrxahlıq videosunu kim çəkdi? Kim yaydı?” tək düşük suallara cavab axtarırlar:

 

“Guya şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi?! Dostlar, yaxşısı budur, gəlin Zəngəzur yolunda əldə edilmiş uğurlu strateji nəticə haqqında düşünək. Ciddi təhlil aparaq. Daha uzağı görməyə çalışaq. Yox, darıxsaq, bir şəhid ailəsinin qapısını döyək. Allah verəndən pay aparaq. Daha özümüzdən alicənablar alicənabı düzəldib, mələk qiyafəsinə girməyə çalışmayaq. Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq. Onların valideynlərinin yaralı bağrını hiss edək! Bəsdir, quşəppəyi təfəkkürü ilə, balıq şüuru ilə sosial şəbəkədə meydan suladıq. Dünən Şuşaya 30 illik məsafədən boylanırdıq. Bu gün Göyçənin 3 kilometrindəyik! Başa düşürsüz?

Tacxeber.az

Oxşar xəbərlər