Ermənistan prezidenti kraliçanın vida mərasimində bütün qaydaları pozdu
Ermənistan prezidenti kraliçanın vida mərasimində bütün qaydaları pozdu
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçası II Elizabetin “Westminster Hall”dakı cənazəsi qarşısında şəkil çəkdirdiyinə görə tənqid atəşinə məruz qalıb.
Tacxeber.az“Dailymail”ə istinadən xəbər verir ki, uzun müddətdir ki, burada vida mərasimi zamanı media mənsublarından başqa heç kəsə foto və video çəkiliş həyata keçirməyə icazə verilmir.
Özünü apara bilməyən prezidentin əməlləri bununla da bitmir. Belə ki, V.Xaçaturyan kraliça ilə vida mərasimi zamanı köməkçiləri ilə nəinki yüksək səslə danışıb, hətta gülərək zarafat da edib.
Qeyd edək ki, Ukraynada müharibə başlayarkən Vaaqn Xaçaturyanın müttəfiqi Vladimir Putin ilə səmimi görüşlərini əks etdirən görüntüləri paylaşılmışdı.