“Həbsdən çıxardığım adam məni həbsə saldırdı“ – Elçin Sadıqov
Bu gün Bakı Apellyasiya Məhkəməsindən ev dustaqlığına buraxılan vəkil Elçin Sadıqov bəzi məsələlərə aydınlıq gətirib.
Tacxeber.az xəbər verir ki, Elçin Sadıqov dost hesab etdiyi insanların şər-böhtanlarına məruz qalmağının ona çox ağır gəldiyini deyib:
“Həbsdən çıxardığım insan mənim əleyhimə fəaliyyət göstərirdi – konkret şəkildə Eynulla Fətullayev. Bu mənə çox ağır gəlirdi. Məni müdafiə etdiyim işlərin qisasını almaq üçün həbs etmişdilər. Eynulla Fətullayevin dedikləri cəfəngiyyatdır. İstintaq yekunlaşandan sonra hər şey aydınlaşacaq”.