Pakistanda musson yağışlar nəticəsində ölənlərin sayı 1 545 nəfərə çatıb
Pakistanda musson yağışlar nəticəsində ölənlərin sayı 1 545 nəfərə çatıb
Pakistanda 14 iyundan bu günə kimi davam edən yağışlar nəticəsində 552-si uşaq, 315-i qadın olmaqla 1 545 nəfər həyatını itirib, 12 min 850 nəfər isə yaralanıb.
Tacxeber.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərə qarşı Mübarizə Agentliyi məlumat yayıb.
Təbii fəlakət zamanı 1 milyon 921 min 622 evə ziyan dəyib, onlardan 765 min 162-si tamamilə dağılıb.
Ümumilikdə 12 min 735 kilometr yol zədələnib, 375 körpü dağılıb, 935 mindən çox ev heyvanı tələf olub.
Musson yağışlarının yaratdığı daşqınlardan ümumilikdə 33,4 milyon insan zərər çəkib.
Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında yağan təsirli musson yağışları hər il irimiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.