Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq…
Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq…
44 günlük müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçir. Ermənistan üçtərəfli bəyanat və ondan sonrakı yüksək səviyyəli razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Vaxt uzatdı, qaçdı, demaqoqluqla məşğul oldu, müxtəlif silahlı təxribatlar törətdi…
Tacxeber.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib.
“Moskva İrəvanla Bakının yaxınlaşması üçün əlindən gələni etdi. İrəvan isə növbəti təxribat törətdi: gecə erməni diversantları Azərbaycan ərazisinə daxil olaraq rabitə vasitələrini minalamağa başladılar. Onlar aşkar olundu və döyüş baş verdi. Belə bir vəziyyətdə Azərbaycan tərəfi sərhəd münaqişəsinin yarandığı və sərhədin delimitasiyası aparılmayan zonasında Ermənistan silahlı qüvvələrinin bütün atəş nöqtələrini və erməni hərbi obyektlərini susdurmaq qərarına gəlib.
Yəni işğalçı Ermənistan cavabını aldı. Əsl cavab! Belə ki, təxribata cavab alan İrəvan KTMT-yə və Rusiyaya üz tutdu ki, bizim üçün vuruşun! Xeyir ola?!
Siz Azərbaycan ərazisində mina basdırmağa qalxmısınız, onlar da sizin dərinizi soyublar. İndi kimsə sizin üçün döyüşməlidir? Pələngin bığını dartmağa qərar verirsənsə, fəsadları ilə də üzləşməyi gözə almalısan. Bu artıq olur sənin problemin.
Buna baxmayaraq, Rusiya siyasi və diplomatik üsullarla münaqişəni çox tez dayandırdı. Nəticədə isə İrəvandan minnətdarlıq əvəzinə, “Bu, Rusiyanın yox, ABŞ-ın xidmətidir” sözünü eşitdik. Sonra da ortaya Pelosi çıxdı…
Budur məsələ, erməni həmkarlar… İndi ABŞ-a üstünlük verirsiniz? Buna tam haqqınız var!
Siz yenidən atəş açanda və ya xarici əraziləri minalamaq üçün can atan zaman Rusiyanın da sizi, çox demirəm, beşcə günlük Azərbaycanla təkbətək qoymağa tam haqqı olacaq”, – politoloq qeyd edib.