“ANS TV-nin fəaliyyəti bərpa olunmalıdır” – Turan İbrahimov
“ANS TV-nin fəaliyyəti bərpa olunmalıdır” – Turan İbrahimov
“Radiotezlik verilməli olan ilk radio məhz “ANS ÇM” olmalıdır. Bu olarsa, tarixi ədalət bərpa olunacaq”.
Tacxeber.az bildirir ki, bunu tanınmış teleaparıcı Turan İbrahimov deyib.
O qeyd edib ki, daha sonra mütləq ANS TV-nin fəaliyyəti hansısa formada bərpa olunmalıdır:
“Bu, ölkə ictimaiyyətinin ən böyük arzularından biridir. Ümidvaram, ictimai-rəyə bu qədər həssas yanaşıldığı dövrdə, ictimaiyyətin arzusu gözündə qalmayacaq”.
Qeyd edək ki, Audiovizual Şura üç radiotezliyi tenderə çıxarıb. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin sözlərinə görə, ANS-ÇM də müsabiqədə iştirak edir.