• 17 İyun 2024 08:57

“Azərbaycanın əsas ticarət tərəfdaşı Qərb ölkələridir” – Natiq Cəfərli 

“Azərbaycanın əsas ticarət tərəfdaşı Qərb ölkələridir” – Natiq Cəfərli 

Azərbaycanın Ermənistandan fərqli olaraq xarici ticarət əməliyyatlarında Qərb ölkələri ilə əlaqələri daha genişdir. 

Tacxeber.az xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Natiq Cəfərli paylaşım edib.

N.Cəfərli rəsmi məlumatlara istinadən qeyd edib ki, 2021-ci ildə Ermənistanın ticarət dövriyyəsi 8 milyard 379 milyon dollar olub.

 

Ölkədən ixrac 3 milyard 22 milyon dollar, ölkəyə idxal isə 5 milyard 357 milyon dollar olub. Ermənistanın ticarət balansında mənfi saldo 2 milyard 250 milyon dollara yaxın olub. Ekspert deyir ki, xarici ticarətdəki böyük kəsir Ermənistan dramına mənfi təsir edir.

N.Cəfərli Ermənistanın 3 ən böyük ticarət tərafdaşının isə Qərb ölkələri olmadığını vurğulayıb:

 

“İlk 3 sırada  Rusiya, Çin və İran qərarlaşıb. Hər üç dövlətin Qərblə münsibətlərini ayrıca izah etməyə, məncə, ehtiyac yoxdur. 2021-ci ildə 8,3 milyard dollarlıq ticarət dövriyyəsinin 2,6 milyard dolları bir tək Rusiyanın payına, 503 milyon dolları isə İranın payına düşür”.

Azərbaycana gəldikdə isə ekspert qeyd edib ki, ölkəmizin Qərblə ticarət əlaqələri daha güclüdür:

 

“2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 912 milyon dollar olub, ölkəmizin ixracı 22 milyard 206 milyon dollar, ölkəmizə idxal isə 11 milyard 705 milyon dollar olub, ticarət dövriyyəsinin müsbət balansı 10 milyard 500 milyon dollar təşkil edib.

Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr İtaliya (9 milyard 663 milyon dollar), Türkiyə (4 milyard 661 milyon dollar), Rusiya (2 milyard 295 milyon dollar), Almaniya (1 milyard 284 milyon dollar), İsraildir (928 milyon dollar). Bizim statistikada İran heç ilk 15 ölkə sırasında belə yer almayıb.

Azərbaycanın xarici ticarətinin 80%-i Qərb ölkələri ilədir. Ölkəmizə qoyulan investisiyaların yenə 80%-dən çoxu Qərb ölkələri və Türkiyənin payına düşür. Azərbaycanın bütün kommunikasiya xəttləri Türkiyə üzərindən Qərbə bağlıdır”.

Tacxeber.az

Oxşar xəbərlər