Könül Nurullayeva: “Pelosinin Ermənistana səfəri sülh müqaviləsinin gecikməsinin əsas səbəbini ortaya çıxardı”
Könül Nurullayeva: “Pelosinin Ermənistana səfəri sülh müqaviləsinin gecikməsinin əsas səbəbini ortaya çıxardı”
Təəssüf ki, eyni yanaşma bir vaxtlar həmsədrlik missiyasını yerinə yetirən Fransa tərəfindən də sərgilənir. Fransanın BMT-də TŞ-da sərhəd toqquşmasını gündəliyə gətirməsi bu ölkəyə də etimadı azaldır. Halbuki istər Fransa, istərsə də ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel sülh gündəliyini dəstəkləməlidirlər. Hər dəfə Brüssel görüşündən sonra Vaşinqtondan və Parisdən sözdə sülhə dəstək bəyanatları eşitsək də, son davranışlar sabiq vasitəçilərin əslində Ermənistanı qızışdıraraq, sülh gündəliyinin irəli getməsinə imkan vermədiyini görürük. Bu isə Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşılması qənaəti yaradır. Bir tərəfdən MQ-nu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. Avqustun 31-də Brüssel görüşündə real nəticələrin olmaması da bu siyasətin nəticəsi idi. Məhz bu dəstəkdən cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina edərək, genişmiqyaslı təxribatlara əl atdı. Kimin dəstək verməyindən asılı olmayaraq, regionda söz sahibi, postmünaqişə dövrünün şərtlərini diktə edən tərəf Azərbaycandır. 30 illik işğala 44 gündə son qoyaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün sərhədlərinin də təhlükəsizliyin təmin edir.
Bu məsələdə heç kim rəsmi Bakının daxili işlərinə qarışa bilməz. Ermənistanda da kənar dəstəklərə arxalanmaqdansa, siyasi-diplomatik provokasiyalarla alternativ gündəlik yaratmaqdansa sülh sazişi imzalamaq istiqamətində çalışmalıdır. Bölgənin təhlükəsizliyi naminə bütün fəaliyyət bu istiqamətə yönəlməlidir.