Mirzoyan ABŞ-a gedir Siyasət 19 Sentyabr 2022 10:09 140 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək. Tacxeber.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. O, Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək. A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir. Qeyd edək ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır. Tacxeber.az