“1969 cu ildə alim Con Olney siçanlar üzərində tədqiqat aparırdı və onların qidasına monosodium glutamat (MSG) adlı maddə qatırdı.
Tamam başqa şeyə görə. Çünkü bu maddə bizim də beynimizdə var, mediatordur. Alimin işçiləri fikir verdi ki, cəmi 6 aya msg verilən siçanlar inanılmaz dərəcədə kökəlib, obez olublar”.
DuduPress.Az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
“Sonra gördülər ki, insanlarda bu maddəyə həssaslıq siçandan və rezus meymunundakından dəfələrlə çoxdur. Siçanların piylənmə səbəbini tez araşdırıb tapdılar: Sən demə bu maddə qidaya qatılanda yeməyin dadı 8 dəfə daha ləzzətli olur, yeyən bir də istəyir, doymur, bu yemək onu xoşbəxt edir, əhval ruhiyyəni qaldırır, buna görə narkotik asılılıq yaradır. Həmin yemək olmayanda depressiya yaranır”.
“Əlbəttə ki, bu maddənin belə xüsusiyyətlərinin kəşfi qida istehsal edən şirkətlərin çoxdan axtardığı bir məlumat idi. Araşdırdılar ki, qidaya qatanda zəhərli deyil, insan dərhal ölmür. İndi bütün fastfoodlar (tərkibi mayonez, ketçup , soya sousu, msg qatılmış duz və ədviyyatlar, sosiskalar, dondurulmuş ət), çipsilər, semiçkalar, peçenyələr, bütün konservalar, kolbasalar, satılan bütün soklar, enerji içkiləri, limonadlar, turşular, şiriniyyatlar, şkoladlar, hətta bəzi çörəklər, demək olar ki, supermarketdə paketlənmiş, üzərində yazı olan hər bir qidaya MSG qatılır.
Ona görə ki alasınız, yeyəsiniz, doymayasınız və mütləq yenə onu arzulayasınız. Yəni sizi bu yolla bir növ “narkoman” edirlər. Narkotik asılılıqla eynidir. Necə ki siqareti, kokaini tərgitmək çətindi, küçədən alınan qida da bu cür təlabat verir. İndi bildiniz niyə insanlar xoşladığı insanla kələm borşu, qreçka yeməyə yox məhz, kortof fri, yanında ketçap, pizza, kfc, suşi, dondurma kimi yeməklər yemək istəyir? Niyə kinoya baxmağa gedəndə pop korn alırlar? İndi bildiniz piylənmələr, artıq çəkilər, bunlarla əlaqədar şəkər xəstələri, xərçəng, infarktlar, insultlar, hipertenziya niyə 70-ci illərdən sonra kəskin artdı? Niyə xəstəxanalar doludu xəstə ilə?
İndi bildiniz niyə deyirəm adi sudan başqa heç nə içməyin?”