• 22 Noyabr 2024 23:00

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarılıb 

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarılıb

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarılıb - VİDEO

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

Tacxeber.az xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

Məktəbin direktoru müəllimlər üçün yaratdığı “Watsapp” qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.

Tacxeber.az

Oxşar xəbərlər