“Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirilməsi ilə bağlı razılığa gəlib” – Ərdoğan
“Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirilməsi ilə bağlı razılığa gəlib” – Ərdoğan
Rusiya və Ukrayna arasında 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub.
Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “PBS” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna Prezidentlərini bir araya gətirməkdə israrlıdır:
“Bu liderləri bir araya gətirmək üçün israrlı arzumuz var. Hələ ki, bacarmamışıq, amma ümidimi itirmirəm”.
Ərdoğanın sözlərinə görə, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır, nəticə əldə etməyə çalışır:
“Biz həm Putinlə, həm də Zelenski ilə danışıqlar aparırıq. Biz onlardan birinin tərəfini tutmaqla deyil, hər iki liderlə əlaqə saxlamaqla nəticə əldə etməyə çalışmalıyıq”.