• 27 İyul 2024 04:19

Üçtərəfli görüşdə hansı qərar qəbul edilib? – Nyu-Yorkdan son xəbər

Üçtərəfli görüşdə hansı qərar qəbul edilib? - Nyu-Yorkdan son xəbər

Üçtərəfli görüşdə hansı qərar qəbul edilib? – Nyu-Yorkdan son xəbər


Sentyabrın 19-da Nyu York şəhərində ABŞ dövlət katibi Entoni Blinkenin sədrliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib.

AFP xəbər verir ki, Blinken son bir neçə gündə iki ölkə arasında zorakılıqların olmamasından “məmnunluğunu” bildirib:

““Mənim Ermənistan və Azərbaycan liderləri ilə telefon söhbətlərimdə hər iki lider sülhə hazır olduqlarını bildiriblər. Güclü, dayanıqlı diplomatik danışıqlar hər bir kəs üçün ən yaxşı yoldur. Fikir ayrılıqlarını həll edə bilən davamlı sülh yolu vardır”.

AzadlıqRadiosunun Erməni xidməti -Azatutyun xəbər verir ki, dövlət katibinin giriş sözündən sonra media nümayəndələri zaldan çıxarılıblar və danışıqlar bağlı qapılar arxasında davam etdirilib.

Bayramov və Mirzoyan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkdadırlar.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri son dəfə iyulun 16-da Tbilisidə görüşmüşdülər.

Bu iki ölkənin qanlı sərhəd toqquşmasından bəri xarici işlər nazirləri arasında ilk görüşdür.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə Ermənistanın təxribatları barədə danışıb”.

Bu isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yaydığı məlumatdandır. Xəbərdə bildirilir ki, görüş zamanı, Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Ceyhun Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.

Nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb. Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib.

Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlara hazırlığını bir daha diqqətə çatdırıb.

Tacxeber.az

Oxşar xəbərlər