• 10 Dekabr 2024 16:44

20 milyon rüşvət alan generalın cəzası məlum oldu

20 milyon rüşvət alan generalın cəzası məlum oldu

20 milyon rüşvət alan generalın cəzası məlum oldu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Tacxeber.az xəbər verir ki, bu gün Bakı hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədova 10 il 6 ay, Vüsal Ələkbərova 12 il 6 ay və Sahib Ələkbərova 8 il cəza verilib. Zamində alan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş olub.

Tacxeber.az

Oxşar xəbərlər