İranda qadınların etiraz simvoluna çevrilən bayraq
İranda qadınların etiraz simvoluna çevrilən bayraq
“Ombre Indigène” (Doğma Kölgə) adlı bu əsər belçikalı rəssam Edit Dekyndt tərəfindən 2008-ci ildə tamamlanan bir əsərdir. Sənətçi bu bayraqda istifadə etdiyi saçları Fransanın Martinik bölgəsindəki Diamant çimərliyində qayaların arasından taparaq düzəldib. Bu çimərlikdə 19-cu əsrin əvvəllərində gizli şəkildə 100 afrikalı qul gətirən gəmi batıb.
Qulların insan haqlarını simvollaşdırmaq üçün yaradılan bu əsər indi həm də İran qadınlarının azadlığının simvoluna çevrilib.