• 22 Noyabr 2024 23:50

TƏCİLİ: Rusiyada səfərbərlik elan olundu

Rusiyada qismən səfərbərlik elan olunub.

Tacxeber.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Bu gün Moskva vaxtı ilə saat 9:00-da prezident Vladimir Putinin ruslara Donbass və Ukrayna haqqında, “xüsusi hərbi əməliyyat”da iştirak edən könüllülərin statusu haqqında videomüraciəti yayımlanmağa başlayıb.

O, qismən səfərbərlik haqqında sərəncam imzalayıb.

Prezident bildirib ki, “Vətənimizi, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə Müdafiə Nazirliyinin ölkədə qismən səfərbərlik aparılması təklifi”ni dəstəkləyib.

Müraciətin səs yazısı Kremlin saytında yerləşdirilib.

Tacxeber.az

Oxşar xəbərlər