• 23 Noyabr 2024 03:14

Ceyhun Bayramov bu ölkələri tənqid etdi

Ceyhun Bayramov bu ölkələri tənqid etdi

Ceyhun Bayramov bu ölkələri tənqid etdi

“Onun (Azərbaycandakı “səfirliklərin yüksək standartlarla mühafizəsi” – red.) təşkil edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bir bariz nümunəsidir”.

Tacxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  televiziyaya açıqlamasında deyib.

O xatırladıb ki, BMT-yə üzv olan bütün dövlətlər Vyana Konvensiyasının üzvüdür. Nazir bildirib ki, Konvensiyaya əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri hər bir qəbul edən dövlətin diplomatik missiyanın və diplomatların təhlükəsizliyini yüz faiz təmin etməsindən ibarətdir.

“Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”, – XİN başçısı vurğulayıb.

C.Bayramov söyləyib ki, eyni zamanda artıq hansısa vandallıq, terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir: “Bu mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanırıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu nəzarətimizdə saxlanılacaq”.

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.

Tacxeber.az

Oxşar xəbərlər