• 04 Oktyabr 2024 22:41

Etirazçılara da hərbi çağırış vərəqələri verildi

Etirazçılara da hərbi çağırış vərəqələri verildi

Etirazçılara da hərbi çağırış vərəqələri verildi

Sentyabrın 21-də Rusiyanın paytaxtı Moskvada qismən səfərbərliyə qarşı keçirilən etiraz aksiyasında saxlanılanlara polis bölmələrində hərbi komissarlığa çağırışla bağlı vərəqə verilib.

Tacxeber.az rus mətbuatına istinadən xəbər verir ki, aksiyada iştirak etdiyinə görə saxlanılan Yabloko Partiyasının üzvü Kirill Qonçarov Moskvanın Mojask rayon polis bölməsi tərəfindən ona verilən çağırış vərəqinin surətini yayıb.

Saxlanılanlardan birinin xanımı da həyat yoldaşına çağırış vərəqini hərbi komissarın şəxsən təqdim etdiyini bildirib. Rusiyanın Voronej şəhərində də səfərbərliyə etiraz olaraq keçirilən aksiyasında saxlanılan bir neçə nəfərə sentyabrın 23-də yerli hərbi komissarlığa gəlmələri barədə çağırış vərəqi verilib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik barədə sərəncam imzalayıb. Buna qarşı ölkənin 38 şəhərində etiraz aksiyaları keçirilib. Nəticədə 1400-dən çox etirazçı saxlanılıb. Bildirilb ki, Moskva prokurorluğu etiraz aksiyalarına çağırış edənləri, eləcə də iştirakçıları 15 ilədək azadlıqdan məhrumetmə cəzası da daxil olmaqla inzibati həbs və ya cinayət məsuliyyətinə cəlblə hədələyib.

Tacxeber.az

Oxşar xəbərlər