Türkiyə ZƏMANƏT VERDİ: “Azov” alayının 5 komandiri müharibənin sonuna kimi…
Türkiyə ZƏMANƏT VERDİ: “Azov” alayının 5 komandiri müharibənin sonuna kimi…
“Mariupolun müdafiəsinə rəhbərlik edən “Azov” alayının 5 zabiti Ukrayna müharibədə qələbə çalana qədər dövlət başçısı Rəcəb Ərdoğanın şəxsi mühafizəsi altında Türkiyədə olacaq”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində məlumat verib.
“Biz 5 döyüş komandirini geri qaytardıq. Onlar üçün ən çox və ən çətin mübarizə aparmalı olduq. Onlar ən şiddətli təhdidlə üzləşdilər. 5 superqəhrəman. Bunun müqabilində nə mərhəmətə, nə də şəfqətə layiq olan 55-ni verdik”, – Ukrayna lideri bildirib.
Zelenski Ukraynanın Türkiyə ilə razılaşdığını və 5 komandirin müharibənin sonuna qədər tam təhlükəsiz, rahat şəraitdə və Rəcəb Ərdoğanın şəxsi himayəsi altında olacağını bildirib.
Azad edilən komandirlər:
-
Denis Prokopenko;
-
Svyatoslav Palamar;
-
Sergey Volınski;
-
Oleq Xomenko;
-
Denis Schlege.