• 06 Oktyabr 2024 07:45

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

Tacxeber.az “Caliber”ə istinadən xəbər verir ki, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Tacxeber.az

Oxşar xəbərlər