• 14 Oktyabr 2024 22:27

Gəncə xəstəxanasında xəstə kişi 20 gündür ac qalıb – Heç kim baxmır

Gəncə xəstəxanasında xəstə kişi 20 gündür ac qalıb – Heç kim baxmır

Gəncə xəstəxanasında xəstə kişi 20 gündür ac qalıb   - Heç kim baxmır

Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.

Tacxeber.az   Medicina.az-a istinadən xəbər verir ki, xəstəxada olan digər vətəndaşlar yaşlı kişinin ağrı və aclıqdan zarıdığını paylaşıb.

“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.

Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:

“Öldürməyin insanı, Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.

Məsələni TƏBİB nəzarətə götürüb, məlumat veriləcək.

 
Aygün Musayeva

Oxşar xəbərlər