• 27 İyul 2024 04:00

Hitler pərəstişkarı 4 il müddətinə həbs olundu

Hitler pərəstişkarı 4 il müddətinə həbs olundu

Faşistlərə rəğbət bəslədiyi iddia edilən bir şəxs, keçən ilki Kapitol iğtişaşlarında iştirak etdiyinə görə 4 il həbs cəzasına məhkum edilib.

Tacxeber.az xəbər verir ki, 32 yaşlı Timoti Heyl-Kusanelli ABŞ ordusunun ehtiyatda olan əsgəri olub.

Məhkəmədə ona beş maddə üzrə, o cümlədən rəsmi prosesə mane olmaqda cinayət işi açılıb.

Prokurorlar onun ağdərililərin üstünlüyünü və antisemitizm ideologiyalarını açıq şəkildə müdafiə etdiyini, hətta iş yerində Adolf Hitler üslubunda bığ çəkdiyini və ABŞ-da ikinci vətəndaş müharibəsinə ümid etdiyini bildiriblər.

Təqsirləndirilən şəxs məhkəmədə özünü müdafiə edərək, “Kapitol” adlanan faktiki bir binanın mövcudluğundan məlumatsız olduğunu” iddia edib.

Tacxeber.az

Oxşar xəbərlər