• 10 Dekabr 2024 21:16

İrandakı etirazlarda PJAK izi: kürdlər aktivləşir

İrandakı etirazlarda PJAK izi: kürdlər aktivləşir

Məhsa Əmininin öldürülməsi hadisəsi bütün beynəlxalq aləmdə İranda qadınların hüquqlarının pozulması kimi təqdim olunsa da, etiraz aksiyalarının belə genişlənməsinin başqa səbəbləri də var.

Bunu  açıqlamasında İran üzrə türkiyəli ekspert Çağatay Balçı deyib. Onun sözlərinə görə, etirazlar həm də etnik xarakterə malikdir:

“Əmini İranın Kürdüstan bölgəsinin Saqqız şəhərindəndir. Ona görə onun ölümü ilə etiraz mitinqləri eyni zamanda etnik xarakter də daşımağa başladı. Sadalanan səbəblərə görə, etirazları ümumi mənada qadın haqlarının pozulmasına qarşı hərəkat, spesifik şəkildə isə kürd siyasi hərəkatının təzahürü kimi dəyərləndirmək mümkündür. Digər tərəfdən İrandakı kürd təşkilatları və onların Avropadakı qolları prosesin içərisinə fəal şəkildə daxil olub. Baş verən etirazlar nəticəsində İranın parçalanacağı inandırıcı deyil. Çünki Tehran artıq belə hərəkatlara qarşı immunitet qazanıb. Lakin bu ölkədə qadın haqlarına bağlı hərəkatlar getdikcə güclənir. Son baş verən hadisə də sözügedən prosesi daha da sürətləndirib. Hazırki etirazların nəticəsi kimi bir sıra kürd təşkilatlarının, eyni zamanda PJAK-ın cəmiyyət içərisində rəğbət qazanacağını düşünürəm. Çünki onların da bu məqsədlə qadın haqları ilə bağlı çoxlu sayda fəaliyyəti var. Ümumiyyətlə isə baş verən etirazların qısa müddət içərisində xalq hərəkatına çevriləcəyini düşünmürəm”.

Tacxeber.az

Oxşar xəbərlər