• 11 Dekabr 2024 00:44

Rusiyadakı azərbaycanlıların taleyi necə olacaq ?

Rusiyadakı azərbaycanlıların taleyi necə olacaq ?

“Rusiyada səfərbərlikdən sonra Azərbaycana üz tutanların əksəriyyəti həmvətənlərimiz olacaq. Hansı ki, gedib orada işləyib Rusiya vətəndaşı olublar və orada yaşayırlar”.

Bunu “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O, bildirib ki, həmin şəxslər 3 aydan bir gedib qeydiyyatdan keçmək dərdindən qurtulmaq üçün Rusiya vətəndaşlığı alıblar:

“İndi qismən səfərbərliyə görə, çağırılsalar qayıdıb Bakıya gələcəklər. Yəni gələnlər elə öz həmvətənlərimiz olacaq. Bunun da bizə təsiri qaçılmazdır.

Rusiyada qismən səfərbərlik o deməkdir ki, həm orduya əsgərlər yollanmalı, həm də orduya dəstək, yardım, müharibə iqtisadiyyatı qüvvəyə minəcək. Bu da o deməkdir ki, iqtisadiyyatda problemlər yaranacaq, insanların gəliri aşağı düşəcək.

Bunun digər təsiri də ondan ibarətdir ki, orada çalışanlar qayıdıb ölkəyə gələcək, qazanclarından, ölkəyə pul göndərməkdən mərhum olacaqlar.  Yəni bu ölkəyə göndərilən pulun həcminə təsir göstərə bilər.

Həmvətənlərimizin geri qayıtması ölkədə sosial problemləri artıracaq. Orada işləyənlər gəlib burada iş axtarmaq məcburiyyətində qalacaqlar və bu, əmək bazarına da mənfi təsir göstərə bilər.

İkinci məsələ, ruslar viza olmadan ölkəyə gələ bildikləri üçün onların da gəlmək imkanları var. Bu həmin şəxslərdir ki, rus vətəndaşıdırlar və müharibədən qaçmaq üçün ölkəmizə gəlirlər. Onlar ölkə iqtisadiyyatına müsbət təsir edə bilərlər. Mənzil bazarına tələb artacaq, Rusiyadan gətirdikləri pulları burada xərcləyəcəklər və s.

Turist kimi gəlib burada yaşayacaq və bizneslərini bura gətirəcəklərsə, bunun bizə xeyri var, aktivlik artacaq. Amma həmvətənlərimizin öz ailələrinin yanına geri qayıtması bizə neqativ təsir göstərəcək. Yəni ölkəyə iki axın olacaq”.

Əsmətxanım

Tacxeber.az

Oxşar xəbərlər