Azərbaycan MN: “Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır”
Azərbaycan MN: “Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır”
![Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"](https://qazet.az/resized/fit900x500/center/pages/106695/0e969552-bf50-3e16-858c-b796515ae3e6-850.jpg)
“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur”.
Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – məlumatda qeyd edilib.