• 10 Dekabr 2024 20:58

Kataloniyada siqaret çəkmək qadağan edilir

Kataloniyada siqaret çəkmək qadağan edilir

Jeneralitet (Kataloniya hökuməti) siqaretlə mübarizə aparmaq niyyətindədir.

Tacxeber.az xəbər verir ki, Kataloniya hökuməti restoranların terraslarında, məktəblərin giriş-çıxışında, avtobus dayanacaqlarında siqaret çəkməyi qadağan edən qanun hazırlayır. Kataloniyada siqaret çəkənlərin sayını azaltmağı hədəfləyən yeni qanun parlamentdə nəzərdən keçirildikdən sonra 2023-cü ilin yayına qədər qüvvəyə minə bilər.

Jeneralitetin məlumatına görə, Kataloniyada siqaret çəkənlərin sayı regionun 15 yaşdan yuxarı əhalisinin 24 faizini təşkil edir.

Kataloniya hökuməti 2023-cü ilin yanvarından gəliri 18 min avrodan aşağı olan insanlar üçün nikotin əvəzedici terapiya üçün də ödəniş etmək niyyətindədir. Səhiyyə Departamenti siqaret çəkən təxminən 600 min insanın müalicədən faydalana biləcəyini təxmin edir.

Nikotin əvəzediciləri əsasında siqaretdən imtina müalicəsi təxminən 300 avroya başa gəlir. Keçən il təqribən 37 min 700 insan ilkin səhiyyə proqramları sayəsində bu asılılıqdan qurtulub.

Siqaret ürək-damar, onkoloji və tənəffüs xəstəlikləri üçün əsas risk faktorudur. Hesablamalara görə Kataloniyada hər il təxminən 10 min insan siqaret çəkməkdən və ya siqaret tüstüsünə məruz qalmaqdan yaranan problemlər səbəbindən ölür.

Tacxeber.az

Oxşar xəbərlər