• 17 İyun 2024 07:50

“Böyük narahatlıq yaradacaq idiotizm…” – Arestoviç Rusiyadakı səfərbərlik barədə

“Böyük narahatlıq yaradacaq idiotizm…” – Arestoviç Rusiyadakı səfərbərlik barədə

Bu barədə Arestoviç rusiyalı hüquqşünas Mark Feyqinə müsahibəsində danışıb («UNİAN»).

Arestoviçin sözlərinə görə, səfərbər olunmuşların ilk dalğasını 40-60 faiz itkiyə məruz qalmış bölmələrin doldurulmasına tullayacaqlar.

«O (sürü) az-çox orada faydalı olacaq ki, harada kadr nüvəsi saxlanıb» – müşavir izah edib.

Bu zaman Kiyevə təkrar hücum təhlükəsi qalır, əgər ki, ehtiyatların ikinci dalğası uğurlu olarsa. Eyni zamanda Arestoviç qeyd edib ki, yeni birləşmələrin formalaşdırılması üçün Rusiyanın resursları yoxdur – kiçik komanda heyətinin olmaması səbəbilə.

«Xarkov istiqamətində əks-hücum mümkündür ki, bizim ordunu gərginlikdə saxlasınlar. Svatovada qruplaşmanın gücləndirilməsi mümkündür ki, bizi yenidən Oskolun o tayına tullasınlar» – Arestoviç deyib.

O, razılaşıb ki, hazırkı vaxtda Putinin səfərbərliyi daha çox, «təzyiq nümayiş etdirmək və göstərməyə» hesablanıb.

«Bu, böyük narahatlıq doğuran idiotizmdir. Çünki rəhbərlik xüsusi hərbi əməliyyatın aparılmasının öhdəsindən gələ bilməyib – resurs, administrativ, aparat və kadr baxımından. Nə zaman sən başa düşürsən ki, nə iləsə bacara bilmirsən, onu qısaldırsan və sıxırsan. Amma onlar idarəetmə strukturuna malik olsalar da əksinə, öz aparatları üçün tapşırıqları mürəkkəbləşdirirlər, hansı ki, sonradan həlli çətin olur» – Arestoviç bildirib.

Tacxeber.az

Oxşar xəbərlər