Gecə gec yatıb, səhər gec duranlarda infarkt və diabet daha çox olur
Gecə gec yatağa girib, səhər 10-a kimi yatanlar, yəni “bayquş” adamlar erkən oyananlardan xroniki xəstəliklərə daha çox tutulur.
Tacxeber.az “Medicina”-ya istinadən xəbər verir ki, alimlər səhər oyananların daha çox piy yandırdığını bildirib.
Gecə gec yatanlar diabet, ürək-damar xəstəliklərindən əziyyət çəkir. Çünki onlarda orqanizmin piy yandırmaq və insulin hasili pozulur.
Britaniya Fiziologiya Cəmiyyəti bu barədə araşdırma aparıb.
Professor Stiven Malin bildirib ki, səhər tez oyananlarla gec oyananların bioritmləri fərqli çalışır. Onların insulin və metobolizmi də fərqlidir.
Diabet prosesi gecə gec yatıb səhər gec oyananlarda daha tez işə düşür.
Onların aclıq və toxluq şəkəri də yüksək olur, sutkanın müxtəlif saatlarında qanda insulin konsentrasiyası dəyişir.
Səhər tezdən oyananlarda bədən sakit halda da, məşq halında da daha çox yağ yandırır.
Aygün Musayeva