İran ABŞ-a qarşı bu ölkələrlə birlik yarada bilər – Rəisi
İran ABŞ-a qarşı bu ölkələrlə birlik yarada bilər – Rəisi
İranın Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı ABŞ sanksiyalarının təsirindən çıxmağa imkan verə bilər.
Tacxeber.az MEHR xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.
“Sanksiyalar silahdır. Ötən illərdə onlar (ABŞ – red.), belə demək mümkünsə, çəkmələrini yerə qoyub, hərbi əməliyyatlar aparırdılar. Və əslində sanksiyalar xalqlara qarşı aparılan müharibənin bir formasıdır. İran İslam Respublikası, Çin, Rusiya və sanksiyalara məruz qala biləcək digər ölkələr arasındakı münasibətlər amerikalıların tətbiq etdiyi bu məhdudlaşdırıcı tədbirlərin neytrallaşdırılmasına böyük töhfə verəcək. Birgə iş yeni güc mərkəzlərinin yaranmasına gətirib çıxara bilər”, – Rəisi bildirib.
İran prezidenti həmçinin bir qüvvənin hegemonluğuna və bir çox xalqların mənafeyinin pozulmasına yer olmayan yeni dünya nizamının qurulmasına ümid etdiyini bildirib.