• 22 Noyabr 2024 23:58

Rusiyalı kişilər sabahdan ölkəni tərk edə bilməyəcəklər

Rusiyalı kişilər sabahdan ölkəni tərk edə bilməyəcəklər

Rusiyada səfərbərliyə çağırılan kişilərin ölkəni tərk etməsinə qoyulan qadağa bazar ertəsi, sentyabrın 26-dan etibarən tətbiq edilə bilər.

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Sentyabrın 26-da səfərbərliyə çağırılanların xaricə səfərləri qadağan ediləcək. Hava limanında və sərhədçilərdə səfərbərliyə cəlb olunanların siyahısı olacaq”, – deyə bildirilib.

Qeyd edək ki, daha əvvəl bir neçə Rusiya KİV-i prezident administrasiyasındakı mənbələrə istinadən hərbi xidmətə yararlı kişilərin ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yaymışdı.

Tacxeber.az

Oxşar xəbərlər