• 22 Noyabr 2024 19:02

“İran İslam Cümhuriyyəti Qərbin layihəsidir” – Gizli “oynaşlıq…”

“Yavaş-yavaş daşlar yerinə oturur, çabalarımız boşuna deyilmiş”. 

Bu açıqlama ilə siyasi şərhçi, professor Xaləddin İbrahimli İranda baş verən son hadisələri analiz edərkən bildirib.

X. İbrahimli qonşu ölkədəki olayların səbəbləri haqda tezislərini paylaşıb:

1. İran İslam Cümhuriyyəti Qərbin layihəsidir, missiyası İslam dünyasını məzhəb təməlində bölmək, qarışdırmaq, gərəkərsə yenidən şəkilləndirmə işlərində qərbə dəstək verməkdir.

2. Layihənin baş yazarları olan ABŞ, Fransa və İsraillə İran münasibətləri hər zaman çox gizli olub. Amma həm dünyanı, həm də İran toplumunu aldatmaq, onu daim İranın məzhəb təbliğatına inanmağa açıq hala gətirməkdir.

3. Dünyada gərginlik çox dırmandı, İranda həm sosial gərginlik dırmandı, həm de dini təbliğat yorucu şəkil aldı və ölkədə plandankənar olaylar başladı. Sonucda İran və qərb arasındakı “oynaşlıq” açığa vurdu. Bunun ilk siqnalı keçmiş xarici işlər naziri Zərifdən gəldi, ardından Rəisi üzünü hamilərinə tutdu və bu dəfə qərbdən meydan oxuyarcasına bir poz verdi.

4. Görünən budur ki, ABŞ və Fransa Rəisiyə qan tökülməməsi, olayları yatırtmaq təlimatı verib. Rejim indi buna çalışır. Olmasa “b” planı dövriyyəyə girəcək (yəqin ki, yenidən monarxiya).

Hər halda bu, İranın demokratikləşməsi olmayacaq. Çünki İranın demokratikləşməsi onun bölünməsi, kiçilməsi, əksinə Azərbaycanın böyüməsi, türk dünyasındakı geopolitik çatın ortadan qaldırılması deməkdir ki, qərb də məhz bunun qarşısını almaq üçün çalışıb və çalışmaqdadır.

5. Güneyin əlinə tarixi şans keçib: Rusiyanın başı qarışıb, qərbin başı qarışıb, Çin prosesə müdaxilə edə bilməz, teokratik rejimin isə taqəti qalmayıb. Güclü bir təkanla aşacaq. ABŞ və Fransa yardım edə bilməyəcək.

6. Güneyli qardaşlar, bu fürsəti əldən versəniz sonunuz gələcək və sizi heç 20-30 il keçmədən yox edəcəklər. Heç kəsdən yardım gözləmədən hamılıqla ayağa qalxın və öz dövlətinizi qurun!

7. Lider axtarmayın, bütün Azərbaycan torpaqlarında dövlət strukturlarını ələ keçirin, dərhal ordunuzu yaradın, silahlanın və inandığınız bir komutanı orduya və hökumətə başçı qoyun. Sonrasına sonra baxarsınız.

Əmin ola bilərsiniz ki, azad ola bilməsəniz bu dəfə əbədi fars köləsi olacaqsınız. Heç kəs azadlığı sizə sinidə gətirib verməyəcək. (Yenisabah.az)

Tacxeber.az

Oxşar xəbərlər