• 23 Noyabr 2024 01:19

Türkiyə Rusiyanın Ukrayna ərazisində keçirəcəyi referendumun nəticələrini tanımayacaq

Türkiyə Rusiyanın Ukrayna ərazisində keçirəcəyi referendumun nəticələrini tanımayacaq

“Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

“Amma həm də beynəlxalq hüququ müdafiə edirik. Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu”, – o vurğulayıb.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımır: “Bunu hər dəfə deyirik. Donbas, Xerson kimi bölgələrin ilhaqı ilə bağlı referendum mövzusunda konkret mövqeyimizi bildirdik, narahatlığımızı ifadə etdik. Referendumun nəticələrini tanımayacağımızı söylədik”.

Tacxeber.az

Oxşar xəbərlər