• 23 Noyabr 2024 00:21

Xudafərin sərhəd zolağında “terrorçular” – İran etirazları yatırmaq üçün yalanlara əl atır

Xudafərin sərhəd zolağında “terrorçular” – İran etirazları yatırmaq üçün yalanlara əl atır

Xudafərin sərhəd zolağında “terrorçular” – İran etirazları yatırmaq üçün yalanlara əl atır

Tacxeber.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, rejim etirazları xarici qüvvələrə bağlamaq və güc yolu ilə yatırmağa zəmin hazırlayır:

“Təbrizdə etirazların keçirildiyi bir neçə yerdə “terror aktı” hazırlığının qarşısı alınıb, terrorçular saxlanılıb. O cümlədən Kürdüstan əyalətində ABŞ istehsalı olan 65 avtomat “ələ keçirilib”. Etirazların keçirildiyi müxtəlif şəhərlər haqda belə iddialar ortaya atılır. İstisna deyil ki, aksiyalarda “bombalar da partladılsın”. Digər tərəfdən, İranın iddia etdiyi “terrorçular”ı bağlayacağı ölkələrdən biri də Azərbaycan ola bilər. Xudafərin sərhəd zolağında “iki terrorçunun saxlanıldığı” iddiası belə zəminin hazırlandığını deməyə əsas verir. Bu, həm etirazlara qarşı əməliyyatını həyata keçirməyə, həm də “bölgədə terrorçu qruplaşmalar var” iddiası ilə sərhəd dəyişikliyinə müdaxiləyə bəhanə yaradır”.

Ekspert bildirib ki, bu ssenariyə qarşı indidən addımlar atılmalıdır: “Misal üçün, rəsmi Bakı Xudafərin sərhəd zolağında saxlanıldığı deyilən “iki terrorçu” haqda iddianın əsasını Tehrandan tələb edə, məsələyə aydınlıq gətirə bilər”.

Günay Rəsulqızı

Tacxeber.az

Oxşar xəbərlər