• 04 Oktyabr 2024 22:01

Ohanyan Ter-Petrosyanın təklifini rədd etdi: Paşinyanla nə danışaq?..

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın İctimai Televiziyaya müsahibəsi ölkəni əməlli-başlı silkələyib. Müxalif siyasətçilər onu təslimçilik ruhu aşılamaqda ittiham edib. Bəzi erməni siyasətçilər Ter-Petrosyanın “Bəli, Ermənistan təslim oldu, bu kapitulyasiyadır. Qonşularla barışıq sənədləri imzalanmasa, dövləti yenidən qurmalı olacağıq” fikirlərini qəbul edə bilmirlər .

Keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Levon Ter-Petrosyanın ölkənin son dərəcə çətin vəziyyətdə olması barədə söylədiklərilə razılaşır, mövcud hakimiyyət ətrafında birləşmək çağırışını isə rədd edir.

Ötən gün Ermənistan Respublikasının eks-prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib. O, Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistanın və Qarabağ ermənilərinin sabiq rəhbərləri dövlət üçün ən az ağrılı variant seçmək üçün indiki baş nazirlə dialoqa başlamalıdırlar.

“Ermənistanın indiki hakimiyyəti ilə nəyi müzakirə edək? Onun (baş nazir Nikol Paşinyan – red.) yanında durub ölkəni necə təslim etməsinə baxaq? Ermənistanın təslim olmasına şərik olaq?”,-deyə Seyran Ohanyan “Yerablur” hərbi panteonunda jurnalistlərə bildirib.

Ohanyan qeyd edib ki, o, dəfələrlə – həm dinc, həm də müharibə zamanı hakimiyyətə təhlükəsizlik problemlərinin həllində öz yardımını təklif edib, lakin rədd cavabı alıb.

“Başa düşmürəm, bu hakimiyyətlə daha hansı kompromislərə getmək lazımdır? Onların prioriteti ölkənin sərhədləri və təhlükəsizliyi deyil, düşmənlə gizli danışıqlara getmək, razılıq əldə etmək, polislərin sayını artırmaq və hakimiyyəti əldə saxlamaqdır”, – müxalifət fraksiyasının rəhbəri vurğulayıb.

Keçmiş müdafiə naziri qeyd edib ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistanın indiki hakimiyyəti xarici siyasətdə, müdafiə, ordu quruculuğu, dövlət idarəçiliyi ilə bağlı məsələlərdə uğursuzluğa düçar olub. Onun fikrincə, indiki reallıqlarda iqtidarı dəstəkləmək yox, danışıqlar aparan şəxsi təcili dəyişmək lazımdır.

“Danışıqçılar təzyiq altındadır, yeganə çıxış yolu onu dəyişməkdir. Vəziyyət kritikdir”, – Ohanyan əlavə edib.

Xatırladaq ki, sentyabrın 22-də bütün ermənilərin katolikosu II Qaregin Eçmiədzin Kilsəsində Ermənistan Respublikasının və Qarabağ separatçılarının sabiq rəhbərlrəini görüşdürüb. Tərəflər Ermənistandakı vəziyyəti müzakirə ediblər. Amma ortaq nöqtəyə gələ bilməyiblər. (Modern.az)

Tacxeber.az

Oxşar xəbərlər