• 25 İyun 2024 04:58

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı

Sentyabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Tacxeber.az xəbər verir ki, nazirlər, bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Tacxeber.az

Oxşar xəbərlər