Bakıda 17 yaşlı qız zorla ərə verilir – DİN araşdırmaya başladı
Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı məlumat yayılıb.
Tacxeber.az xəbər verir ki, bu barədə jurnalist Rahil Sayadoğlu paylaşım edib. O, 17 yaşlı qızın onların qaynar xətlərinə mesaj vasitəsi ilə müraciət etdiyini vurğulayıb:
“Qaynar xəttimizə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı mesaj gəlib. Qız 11-ci sinifdə oxumalıdır. Amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. 2 həftə sonra da toyları olacaq. Toya az qalıb, amma qız taleyi ilə barışmır. “Mən evlənmək yox, oxumaq istəyirəm” deyir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırmalara başlanılıb.