• 26 Dekabr 2024 22:43

Fransanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Fransanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Fransanın “Total”a məxsus ən böyük neft emalı zavodu həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər səbəbindən qeyri-müəyyən müddətə bağlanacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazır

İşçilərin etirazları enerji qiymətlərinin artması səbəbindən həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Həmkarlar ittifaqları hazırda enerji şirkətləri tərəfindən əldə edilən gözlənilməz mənfəətin bir hissəsinin işçiləri dəstəkləmək üçün istifadə edilməsini istəyir.

Bundan əvvəl ölkədəki etirazlara görə ABŞ-ın “Exxon Mobil” şirkətinin daha bir böyük neft emalı zavodu bağlanmışdı.

Hazırda Fransada neft emalı zavodlarının üçdə ikisi artıq işləmir.

Tacxeber.az

Oxşar xəbərlər