• 14 Oktyabr 2024 21:49

“Onlar kişiliklərini sübut etmək üçün bu cür danışırlar“ – Xeyrəddin Qoca

“Onlar kişiliklərini sübut etmək üçün bu cür danışırlar“  - Xeyrəddin Qoca

“Onlar kişiliklərini sübut etmək üçün bu cür danışırlar“ – Xeyrəddin Qoca


“”Kişilər ağlamaz” deyənlər kişiliklərini sübut etmək üçün bu cür danışırlar. Guya, bunlar kişidir, ağlamırlar. Kişilər ağlaya, həm də hönkür-hönkür ağlaya bilərlər”.

Bu sözləri Yenisabah.az-a yazıçı, dramaturq Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, ağlamaq kişilərin təbii halıdır:

“Kişinin övladı, valideynləri ölür, o necə qəlbdir ki ağlamasın?! Kişilər ağlayar, onun da ürəyi ürəkdir. Mirzə Ələkbər Sabirin “kişi ağladıqca qeyrətsizləşir” mövqeyinə gəldikdə, şair sözünü bu gün başa düşülən mənada deməyib. O, mənasız, hər şeyə ağlayan kişilərdən danışıb. Bəyəm, kişinin ürəyi yoxdur?!

Türk, əcnəbi filmlərini seyr etsinlər. Hər bir kinoda kişinin yaxın adamları öldükdə özündən asılı olmayaraq gözlərindən yaş gəlir. “Kişilər ağlamaz” deyənlər onları başa düşməyən ləyaqətsiz, ürəksiz adamların fikridir. Mən bu fikirlə razılaşmıram. Kişi də insandır, kövrəkdir, ağlaya da bilər. Burda qeyri-adi heç nə yoxdur. İnsanlar necə, hardan belə bir deyim qənaətinə gəliblər, bilmirəm. İnsan bir müsiqinin, “Segah”ın təsirindən belə, ağlaya bilir. Necə yəni, “kişilər ağlamaz”?! Bu, lazımsız, mənasız mövqedir”.

İmamət İSMAYILOVA

Tacxeber.az

Oxşar xəbərlər