• 27 İyul 2024 04:44

Rusların QORXULU YUXUSU: ABŞ bu silahları Ukraynaya göndərir

Rusların QORXULU YUXUSU: ABŞ bu silahları Ukraynaya göndərir

ABŞ yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 1,1 milyard dollar dəyərində əlavə silah verəcək. Xüsusilə, Ukrayna hərbçiləri HIMARS zenit silahlarını alacaqlar.

Bu barədə “Associated Press”ə istinadla xəbər veririk .

Nəşrin məlumatına görə, hərbi yardım paketinə digərləri ilə yanaşı, aşağıdakılar daxildir:

18 HIMARS salvo raket sistemi və onların mərmiləri, həmçinin 12 “Titan” anti-dron sistemi.

Yardım paketinə ağır texnikanın, radarların, rabitə və müşahidə avadanlıqlarının, eləcə də əsgərlər üçün digər avadanlıqların və partlayıcı maddələrin aşkarlanması avadanlıqlarının daşınması üçün istifadə olunacaq 300-ə yaxın avtomobilin alınması üçün vəsait daxildir. Eyni zamanda, əsgərlərə təlim və texniki xidmət göstəriləcək.

Pentaqonun rəhbəri Lloyd Ostinin sözlərinə görə, Ukrayna Qərb müttəfiqlərindən 26 HIMARS sistemi alıb.

Xatırladaq ki, sentyabrın 28-də kütləvi informasiya vasitələrində ABŞ-ın 1,1 milyard dollar dəyərində yeni silah paketi hazırlaması barədə məlumat yayılıb və bu, yaxın vaxtlarda açıqlanacaq.

Amerika rəsmiləri, əvvəlki kimi, HIMARS MLRS üçün ATACMS ballistik raketlərinin Ukraynaya ötürülməsi ilə bağlı mövqelərini dəyişməyiblər.

Tacxeber.az

Oxşar xəbərlər