• 22 Noyabr 2024 23:58

Ukraynalılar üçün NÜVƏ TƏHLÜKƏSİ: yeni təlimat hazırlandı

“Rusiyanın mümkün nüvə silahından istifadə etməsi Ukraynanın öz ərazilərini müdafiə etməsinə mane olmayacaq”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov “Azadlıq” radiosuna şərhində bildirib .

“Əgər dünya ictimaiyyətindən, NATO ölkələrindən belə bir cəsarətli hücuma (əgər Allah eləməsin, baş versə) reaksiya yoxdursa, bu o demək deyil ki, biz öz torpağımızı müdafiə etməyəcəyik. Bizi heç kim dayandıra bilməz: nə Putin, nə də onun qoşunları. Və bu dəfələrlə sübut olunub”, – deyə o bildirib.

Danilovun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının aparatı Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi təqdirdə vətəndaşlar üçün ətraflı təlimat hazırlayıb və yaxın günlərdə bunu ictimaiyyətə çatdırmaq niyyətindədir.  (Publika.az)

Hüseyn İbadlı

Tacxeber.az

Oxşar xəbərlər