Tacxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.
Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.
Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.