• 27 İyul 2024 03:28

UEFA-dan “Olimpiakos” – “Qarabağ” oyunu ilə bağlı cəza qərarı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb.

UEFA-dan “Olimpiakos” - “Qarabağ” oyunu ilə bağlı cəza qərarı

Tacxeber.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə etməsidir.

Komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.

Tacxeber.az

Oxşar xəbərlər