• 18 Aprel 2024 17:45

Rəhimin son halı – Video

Rəhimin son halı – Video

Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan vəfat edib.

Tacxeber.az xəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmli sosial media hesabında ifaçının son görüntülərini paylaşıb. O, təşkil etdiyi məclisə Rəhimin ayaqlarının şişdiyinə görə gələ bilmədiyini bildirib:

“Ay Rəhim, Allah sənə rəhmət eləsin, incimişdim səndən dostum. Kaş ki, inciməzdim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə video çəkib atdın. Həyat niyə belə amansızdır? Qardaş, heç bir incikliyim yoxdur sənə.  Amma kaş zeng edəydim, danışaydıq. Mənə deyirdim anamın ən istediyi müğənni sənsən. Çox təmiz adam idin. Rəhim, bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək? Məkanın cənnət olsun, əziz dost”.

Oxşar xəbərlər